• Bakı C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

DTX əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini andılar - FOTO - VİDEO

SİYASƏT

12 Dekabr 2025 | 14:10

DTX əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini andılar - FOTO - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin "DTX" əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar.

Bu barədə Bakıvaxtı.az-a DTX-dən bildirilib. 

Qeyd edilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyublar.

 


SON XƏBƏRLƏR