• Bakı 14° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Gürcüstan və Ermənistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

    DÜNYA

    25 Noyabr 2025 | 13:45

    Gürcüstan və Ermənistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

    Orta Dəhlizin inkişafı regional və beynəlxalq nəqliyyat əlaqələrini gücləndirəcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstanın infrastruktur naziri Revaz Soxadze Tbilisidə səfərdə olan erməni həmkarı Davit Xudatyan ilə görüşdə söyləyib.

    Gürcüstanın İnfrastruktur Nazirliyindən bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında mövcud olan çoxillik dostluq münasibətlərini və sıx əməkdaşlığı vurğulayıblar. Həmçinin nazirliklərin prioritet istiqamətləri, cari layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

    Revaz Soxadze qonaqlara Gürcüstanda həyata keçirilən iri infrastruktur layihələri - beynəlxalq avtomobil yolları, su təchizatı, təhsil, idman və bələdiyyə infrastrukturu sahələrində görülən işlər barədə ətraflı məlumat verib. Nazir Orta Dəhlizin inkişafı və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün infrastrukturun təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

    Ermənistan nümayəndə heyəti Gürcüstanda həyata keçirilən islahatları yüksək qiymətləndirib və layihələrin planlaşdırılması, icrasına nəzarət və keyfiyyətə nəzarət sahələrində praktiki əməkdaşlıq formalarının genişləndirilməsi arzusunu ifadə edib.


    SON XƏBƏRLƏR