Gürcüstanda koronavirus pandemiyasının növbəti dalğası başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Respublika Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, çox güman ki, bu "omikron" ştamından qaynaqlanır.
Amiran Qamkrelidze bildirib ki, virus ölkədə dekabrın əvvəlində olduğundan daha intensiv şəkildə yayılmağa başlayır. O, ölkə əhalisini bir daha peyvənd etməyi, maska taxmağı və insanların çox olduğu yerlərdən çəkinməyi xahiş edib.
Qeyd edək ki, 2021-ci ilin dekabrında həkimlər Gürcüstanda ilk "omikron" ştamı ilə yoluxma halını müəyyən ediblər. Bu ilin yanvarından Gürcüstanda epidemik vəziyyət pisləşməyə başlayıb.
















