• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

"Hakimiyyəti təhvil verməyə hazırıq" - Suriyanın Baş naziri

DÜNYA

08 Dekabr 2024 | 11:06

Hakimiyyəti təhvil verməyə hazırıq - Suriyanın Baş naziri

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Əl-Ərəbiyyə televiziyasına müsahibəsində silahlıların liderləri ilə danışıqlar aparıldığını və ölkə tarixində yeni dövrün başladığını deyib. 

Bakıvaxtı.az baş nazirin açıqlamalarını təqdim edir:

Suriya hökuməti Əsədin harada olduğunu bilmir;

Əsədlə sonuncu təmas dekabrın 7-də axşam olub;

Hökumət prezidentin rəhbərlik etdiyi təhlükəsizlik orqanlarına bağlı deyil;

Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır;

Suriya yaraqlılarının liderləri ilə danışıqlar aparılır;

“Hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarını qorumaq lazımdır;

Hökumət dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək;

Ölkədə hakimiyyəti dinc yolla ötürməyə hazırıq;

Hökumət qüvvələrinin tabe olduğu Respublika Müdafiə Nazirliyinin fəaliyyət göstərib-göstərmədiyi məlum deyil.


SON XƏBƏRLƏR

23 Aprel 2025