ABŞ administrasiyası Suriyaya qarşı sanksiyaları yumşaltmaq üçün addımlar atıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi Suriyada əsas xidmətlərin davamını təmin etmək məqsədilə yeni bir lisenziya verib.
Məlumata görə, bu lisenziya neft, qaz və elektrik enerjisi kimi enerji təchizatı fəaliyyətlərini dəstəkləyən əməliyyatlara icazə verir.
Lakin bildirilib ki, Bəşər Əsəd rejiminə və əlaqədar qurumlara qarşı tətbiq edilən sanksiyalar hələ də qüvvədədir.
ABŞ Suriyada humanitar yardım və məsuliyyətli idarəçiliyi dəstəkləməyi davam etdirəcəyini bildirib.
Əli Hüseynov