Qara dəniz, Egey və Şərqi Aralıq dənizində keçiriləcək "Mavi Vətən" təlimi bu gün başlayır.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, təlimin məqsədi Hərbi Dəniz Qüvvələrinə tabe olan komandanlıqların operativ idarə olunmasının səmərəliliyinin qiymətləndirilməsi, təlimdə iştirak edən elementlərin əməliyyata hazırlıq səviyyələrinin artırılması, qərargahın şəxsi heyətinin mühakimə, uzaqgörənlik və qərar qəbuletmə qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Təlim çərçivəsində 90 gəmi və 50 təyyarədən istifadə olunacaq. Həmçinin 20 min personal vəzifələrini yerinə yetirəcək.
Təlimə Quru Qoşunları Komandanlığından ümumi təyinatlı və CH-47 helikopterləri, Hərbi Hava Qüvvələri Komandanlığından hücum təyyarələri, havadan xəbərdarlıq və idarəetmə təyyarələri, hədəf yedəkləyici təyyarələr daxil edilib.
Gülşən Şərif