"Biz kürdlərlə birlikdə terrora qarşı mübarizə apardıq".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ölkəsinin Suriyanın gələcəyi ilə bağlı mövqeyini şərh edən Fransa prezidenti Emmanuel Makron deyib.
O, Suriyada azad və suveren dövlətin qurulması istiqamətində keçid prosesini dəstəkləyəcəklərini və terrorla mübarizədə Qərblə müttəfiq olan kürdləri Suriyada tək qoymayacaqlarını bildirib.
"Fransanın müttəfiqi olan kürdlər üçün siyasi həll yolu tapılmalıdır. Suriyanın şimalında davamlı sabitlik təmin edilməlidir. Suriyada terrorun və həddindən artıq şiddətin davam etməsinə icazə verilməməlidir", - deyə Makron qeyd edib.
Gülşən Şərif