• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hava Bakıda tutqun olacaq, rayonlarda isə...

CƏMİYYƏT

08 Dekabr 2022 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Hava Bakıda tutqun olacaq, rayonlarda isə...

Bu gün Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq.

    Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR