• Bakı 18° C

    13.57 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Haval limanında avtobus, qatar yox, bəs bu adam necə gəlsin?

SİYASƏT

30 Sentyabr 2025 | 11:42

Haval limanında avtobus, qatar yox, bəs bu adam necə gəlsin?

İctimai nəqliyyatın necə tənzimlənməsi məsələsi demək olar ki, hər bir ölkənin qarşılaşdığı ümumi problemlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib

Onun sözlərinə görə, qiymət artımı baş verdikdə, imtiyazlı təbəqənin bu dəyişikliklərdən hansı formada yararlanacağı barədə məlumat verilməlidir. Amma tələbələrin, şəhid ailələri, daun, aiutizm xəstələrinin, xəstə insanların necə daşınacağı, onların müəyən kartlarla təmin olunması hələ də açıqlanmayıb.

Qeyd edib ki, hava limanındakı taksi məsələsi də hələ həll olunmamış qalıb.  

"Hava limanına rahat və səmərəli ictimai nəqliyyatın təşkil olunmaması ölkə imicinə mənfi təsir göstərir. Necə ola bilər ki, xarici vətəndaşlar və yerli sakinlər hava limanına gəlirlər, lakin oradan şəhərə çatmaqda çətinlik çəkirlər? Bu, ciddi narahatlıq doğurur Təqdir edirəm ki, Ombudsman bu məsələyə müdaxilə etdi. Hava limanında avtobus, qatar yox, bəs bu adam necə gəlsin? Naxçıvandan bir yoxsul insan 50 manata bilet alır, təyyarə ilə gəlir, taksiyə də 30-40 verib şəhərə gəlməlidir. Elə yola 100 manat xərci çıxır".

Deputat Türkiyədə bələdiyyə avtobuslarında təqaüdçülər müxtəlif imtiyazlardan yararlandıqlarınə diqqətə çatdırıb: 

"Azərbaycanda ictimai nəqliyyat sisteminin vətəndaşa xidmət edən, əlçatan və funksional bir sistemə çevrilməsi üçün ciddi addımlar atılmalıdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Sentyabr 2025