• Bakı 17° C

    2.69 m/s

Həcc ziyarəti üçün qiymətlər MÜƏYYƏNLƏŞDİ

CƏMİYYƏT

12 Fevral 2024 | 10:21 | Müəllif: Qalib İbrahimoğlu

Həcc ziyarəti üçün qiymətlər MÜƏYYƏNLƏŞDİ

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

VPA-ya verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026