• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Həccin başlamasına 1 həftədən az qalıb - Kvota hələ də DOLMAYIB...

CƏMİYYƏT

19 May 2025 | 17:09

Həccin başlamasına 1 həftədən az qalıb - Kvota hələ də DOLMAYIB...

Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarəti mayın 25-də başlayacaq. Həcc ziyarətinin başlamasına 1 həftədən az qalsa da, Azərbaycan üçün ayrılan kvota hələ də dolmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib ki, kvotanın dolmasına az qalıb.

"Kovota hələ dolmayıb, az qalıb. Kvota ilə bağlı əlavə məlumat veriləcək", - o qeyd edib.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Ötən il kvota 1500 nəfər olub.

Qeyd edək ki, sənəd qəbulu prosesi yanvarın 21-də başlayıb. QMİ qeydiyyat prosesini bir neçə dəfə uzadıb.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


SON XƏBƏRLƏR