• Bakı 17° C

    3.93 m/s

Həddindən artıq istidə açıq havada işləmək qadağan edildi

DÜNYA

11 May 2023 | 17:49

Həddindən artıq istidə açıq havada işləmək qadağan edildi

İspaniyada solçu koalisiya hökuməti həddindən artıq isti havalarda açıq ərazilərdə işləməyi qadağan etmək qərarı alacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin müavini və əmək naziri Yolanda Diaz milli mediaya bildirib.

Onun sözlərinə görə, şirkətlərin riayət etməli olduğu müəyyən tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi qanunvericilik dəyişiklikləri ediləcək. Onlardan biri işləri hava şəraitinə uyğunlaşdırmaq olacaq. 

Diaz həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqların (narıncı və qırmızı həyəcan) edildiyi dövrlərdə işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağanı nəzərdə tutan təcrübələr tətbiq edəcəklərini bildirib.

Ölkədəki quraqlıq problemini həll etmək üçün sol koalisiya hökumətinin sabah keçirəcəyi fövqəladə Nazirlər Şurasının iclasında bu məsələnin də müzakirə ediləcəyini qeyd edən Diaz ın sözlərinə görə, İnsanların iqlim dəyişikliyi ilə mübarizə üçün iş standartlarını da dəyişdirməli olublar.

Qeyd olunub ki, quraqlığa qarşı yeni tədbirləri elan etmək üçün sabah növbədənkənar toplanacaq Nazirlər Şurası kənd təsərrüfatı işçilərinə və heyvandarlara dəstək paketləri və sudan düzgün istifadə ilə bağlı qərarlar qəbul edəcək.

İspaniya Meteorologiya İnstitutu (AEMET) bu həftənin əvvəlində dərc etdiyi hesabatda ölkədə 1961-ci ildən bəri ən isti və ən quraq aprel ayını keçirdiyini açıqlayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026