• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Silahlılar otelə hücum etdi - Xeyli sayda ölü var

DÜNYA

10 Iyun 2023 | 15:41

Silahlılar otelə hücum etdi - Xeyli sayda ölü var

Somalidə “Əş-Şəbab” silahlılarının “Bearl Beach” hotelinə hücumu nəticəsində doqquz nəfər – altı dinc sakin və üç polis əməkdaşı həlak olub, on nəfər isə yaralanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı oteldə olan 84 nəfər xəsarət almadan xilas edilib.

İyunun 9-da axşam saatlarında silahlı şəxslər “Bearl Beach” hotelinə hücum edib və bir qrup insanı girov götürüb. Hadisə yerinə gələn xüsusi təyinatlı qüvvələr ikimərtəbəli otel binasına girib. Binanın daxilində intensiv atışma gedib və bütün silahlılar zərərsizləşdirilib.

Paytaxtın dəbdəbəli “Lido Beach” rayonunda, Türkiyə səfirliyi yaxınlığında yerləşən otel məmurlar, deputatlar və siyasətçilər arasında populyardır.


SON XƏBƏRLƏR

18 Mart 2024