• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ukraynada "Bayraktar" zavodu tikilir

DÜNYA

10 Iyul 2023 | 13:47 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada "Bayraktar" zavodu tikilir

Ukraynada Türkiyənin "Bayraktar" hücum pilotsuz uçuş aparatlarının istehsalı üçün zavodun tikintisinə başlanılıb.

Bakıvaxtı.az UNAİN-a istinadla xəbər verir ki, bu barədə informasiya marafonunun efirində strateji sənayelər naziri Aleksandr Kamışin bildirib.

"Ukraynada bir-iki ildir müzakirə olunan "Bayraktar" zavodundan danışsaq, o zaman bu zavodda artıq tikinti işlərinə başlanılıb" deyən nazir qeyd edib ki, zavod təkcə memorandumlarla deyil, praktiki olaraq tikilməyə başlayıb.

Kamışin əlavə edib ki, başqa şeylər də istehsal oluna bilər, hələlik bunları müzakirə etmək mümkün deyil.

"Söhbət Ukrayna ərazisində istehsaldan gedir. Bu, bir neçə il əvvəl razılaşdığımız ən böyük "Bayraktar" zavodudur. Sonra dayanmalar, qalmaqallar oldu. Bu gün bu zavod tikilməyə başlayır, biz reallığa keçdik. addımlar atıb”, - deyə nazir əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026