• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis 10 min nəfərlik terrorçu siyahısını ələ keçirdi

DÜNYA

09 Avqust 2023 | 11:06

Polis 10 min nəfərlik terrorçu siyahısını ələ keçirdi

İŞİD-in dünyaya yayılan 9 min 952 nəfərlik terrorçu siyahısı İstanbul polisi tərəfindən keçirilən əməliyyatla ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistanda İran kəşfiyyatına işləyən 5 nəfərlik casus ilə İŞİD üzvləri arasında həyata keçiriləcək "yük" bazarlığı İstanbul polisi tərəfindən tutulub.

Tərcümə edilən telefon dinləməsi göstərib ki, İŞİD bütün dünyada yataq kamerası sistemi ilə həyata keçiriləcək silahlı və bombalı hərəkatlar planlaşdırır.

İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD-in siyahısı ilə yanaşı, bu siyahını 8,5 milyon avroya almağa razı olan İran kəşfiyyatına işləyən 5 casus və kuryer də tutulub.

Polis tərəfindən ələ keçirilən rəqəmsal yükdən bütün dünyaya yayılan 9 min 952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, fotoları, tərcümeyi-halları və şəxsiyyət məlumatları tapılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR