ABŞ-da avtomobil fərdi yaşayış evinin ikinci mərtəbəsinə çırpılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Pensilvaniya ştatında qeydə alınıb.
Məlumata görə, polis avtomobilin qəsdən evə sürüldüyünü bildirib. Avtomobil 2-ci mərtəbədə asılı vəziyyətdə qalıb.
Sürücü xəstəxanaya çatdırılıb. Yanğınsöndürənlər 3 saata yaxın işlədikdən sonra avtomobil ikinci mərtəbədən yerə endirilib.
Yaxınlaşan tufan səbəbindən ikinci mərtəbədəki boşluq brezentlə örtülüb. Hadisə zamanı evdə olan 3 nəfərin xəsarət almadığı öyrənilib.
Əyalət polisi, başladılan istintaq çərçivəsində baş verən hadisənin qəza deyil, qəsdən törədilmiş hərəkət olduğunu iddia edir.
Hadisənin necə baş verdiyi hələlik məlum deyil.
Ay Tac















