• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ərdoğan G20 üçün Hindistana getdi

DÜNYA

08 Sentyabr 2023 | 12:23

Ərdoğan G20 üçün Hindistana getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak etmək məqsədilə Hindistana yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıb.

R.T.Ərdoğan həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək.

Qeyd edək ki, sabah Hindistanın paytaxtı Yeni Dehlidə G20-nin “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026