• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bu ərazidə karantin elan edildi

DÜNYA

10 Iyun 2023 | 15:18

Bu ərazidə karantin elan edildi

Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə yoluxmuş su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.

Bakıvaxtı.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, ölü vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.

Bundan əlavə, nazirlik region sakinlərinə quş ölüsü tapacaqları halda onlara müdaxilə etməməyi tövsiyə edib.

Eyni zamanda region sakinlərinin ev quşlarında xəstəliyin ilk əlamətləri və ya qeyri-normal davranışlar aşkar edildikdə dərhal nazirliyə müraciət etmələri tövsiyə olunub.


SON XƏBƏRLƏR