• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Növbəti köç karvanı Həsənrizə çatıb - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

22 Aprel 2025 | 13:50

Növbəti köç karvanı Həsənrizə çatıb - FOTOLAR - YENİLƏNİB

Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.

Artıq doğma kəndinə köçən ailələrin sayı 90-a (306 nəfər) çatdırılıb.

***

11:28

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.

Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


SON XƏBƏRLƏR