Xocalı şəhərinə və Ballıca kəndinə köçürülən ailələrə evlərin açarları təqdim edilib.
Bakıvaxtı.az xəbər verir ki, ailələri daimi yaşayacaqları evlərin açarları təqdim edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 mindən çox insan yaşayır.
***
13:13
Növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 8 ailə 29 nəfər, Ballıca kəndinə isə 1 ailə 5 nəfərin köçü həyata keçirilib.
Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib. Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köçürülüb.
***
11:54
Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29) nəfər köçürülüb.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 85 ailə (341 nəfər), Ballıca kəndinə isə 172 ailə (811) nəfər köç edib.