• Bakı 20° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Ən çox oğurluq olunan banklar haqqında məlumatlar bu qurumlardadır - AÇIQLAMA

CƏMİYYƏT

22 May 2025 | 11:35

Ən çox oğurluq olunan banklar haqqında məlumatlar bu qurumlardadır - AÇIQLAMA

"Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq.

O.Gündüz qeyd edib ki, ən çox oğurluq olan banklar haqqında məlumatlar Mərkəzi Bankda və DİN-dədir.

AİF prezidenti nəzərə çatdırıb ki, bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilər:

"Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq".

DİN-in hər gün açıqladığı statistikanın çox əhəmiyyətli olduğunu söyləyən AİF prezidentinin fikrincə, DİN-ə qarşı ən çox talanma olan bankların adları açıqlanmaması ilə müəyyən təsirlər var və belə olan halda isə bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilər.

O söyləyib ki, Mərkəzi Bank Qaydalarına əl gəzdirməli, identifikasiya işləri sərtləşdirilməli, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.

"“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır".

O.Gündüz vurğulayıb ki, mobil tətbiqlərin kodları audit olunmalı, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.

Banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarətin gücləndirilməli, daxili audit sistemlərinin qurulmalı olduğunu diqqətə çatdırıb və əlavə edib ki, xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır:

"Maraqlıdır ki, mövcud hüquqi normalara görə kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyən bir müddəa yoxdur".

Osman Gündüz onu da bildirib ki, mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.

"Fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalıdır, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s.",- deyə Osman Gündüz fikrini tamamlayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR