• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

"Neftçi" daha bir futbolçunun transferini açıqladı

İDMAN

15 Iyul 2025 | 19:20

Neftçi daha bir futbolçunun transferini açıqladı

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.


SON XƏBƏRLƏR

15 Iyul 2025