Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin yeni katolikosu üçün namizəd axtarır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan RIA Novosti-yə açıqlamasında bildirib.
"Baş nazir erməni kilsəsində parçalanma yaratmaq istəyir, amma buna nail ola bilməyəcək",- Abramyan qeyd edib.
Onun sözlərinə görə, Paşinyan 2026-cı il seçkiləri ərəfəsində Erməni Apostol Kilsəsinin özünə qarşı olan seçiciləri birləşdirəcəyindən qorxur.