Danimarka, Niderland və İsveç ABŞ Prezidenti Donald Trampın təklif etdiyi silah planına qoşulmaq istədiklərini açıqlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Plana görə, ABŞ NATO ölkələrinə silah, o cümlədən "Patriot" raketləri satacaq. Bu ölkələr isə həmin silahları Ukraynaya verə biləcəklər",- məlumatda deyilir.