• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Naxçıvanda 6 ayda cinayətlərin açılması 97% təşkil edib

CƏMİYYƏT

15 Iyul 2025 | 17:42

Naxçıvanda 6 ayda cinayətlərin açılması 97% təşkil edib

Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi, Prokurorluğun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2025-ci ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.

Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, müşavirədə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev müasir prokurorluq orqanlarının formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən, eləcə də Prezident İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısından danışıb.

Sonra muxtar respublikada cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru 2025-ci ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayının əsasən sabit qaldığını, daxili işlər, eləcə də dövlət təhlükəsizlik orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılmasının 97 faiz təşkil etdiyini bildirərək, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında müraciətlərə baxılması işinin keyfiyyətcə yeni səviyyəyə qalxması, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsi, hüquqi təbliğat və profilaktiki söhbətlər nəticəsində 2024-cü ilin birinici yarımili ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə daxil olan müraciətlərin sayı azalıb və bundan sonra da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, davamlı olaraq bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildirib.

Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.


SON XƏBƏRLƏR

15 Iyul 2025