• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib

İQTİSADİYYAT

15 Iyul 2025 | 16:50

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.

Bakıvaxtı.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,13 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,29 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,42 mln. barel səviyyəsində olacağını ehtimal edir (proqnoz dəyişməyib), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,28 mln. barel çoxdur.

Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,84 mln. barel səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,63 mln. barel artım deməkdir.

Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.


SON XƏBƏRLƏR