• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

DÜNYA

15 Iyul 2025 | 22:25

Azərbaycanın İbrahim sazişlərinə qoşulması... - ABŞ

Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək", - o vurğulayıb.

Qeyd edək ki, dinləmələrdə Uoltsun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyinə baxılıb. O, əvvəllər Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub, lakin husilərə zərbələrlə bağlı gizli planların müzakirəsi ilə bağlı qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.


SON XƏBƏRLƏR

15 Iyul 2025