İstintaq Ermənistanda həbs edilmiş "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyana qarşı "pulların yuyulması" ittihamı irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i vəkillərə istinadən məlumat yayıb.
"Samvel Karapetyana bu günlərdə yeni, yenə də əsassız, heç bir faktiki məlumat təqdim edilmədən "bir neçə şirkətin fəaliyyəti nəticəsində əldə edilmiş pulların yuyulması" ittihamı irəli sürülüb. Aydındır ki, son illərdə Ermənistanda "pulların yuyulması" ən geniş yayılmış ittiham olub və sistematik olaraq yalnız siyasi cəza kontekstində istifadə edilir", - Karapetyanın Müdafiəsi üzrə Şuradan bildiriblər.