• Bakı 22° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv edildi 

MƏDƏNİYYƏT

15 Iyul 2025 | 17:05

Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv edildi 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bu ilin oktyabr ayında Rusiyanın Novosibirsk şəhərində keçirilməsi planlaşdırılan qastrol səfəri baş tutmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Novosibirsk Qlobus Teatrının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-29-da təqdim olunacağı gözlənilən  "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (28 sentyabr) və "Hamlet" (29 sentyabr) tamaşaları proqramdan çıxarılıb.

Qastrolun ləğv edilməsinin səbəbləri barədə heç bir rəsmi açıqlama verilməyib. Teatr nümayəndələri tamaşalara alınan biletlərin geri qaytarıla biləcəyini bildiriblər.

Hazırda qastrol səfərinin başqa tarixə keçirilməsi və ya əvəzləyici tamaşalarla əvəz olunması ilə bağlı hər hansı planın olub-olmadığı dəqiqləşdirilməyib.


SON XƏBƏRLƏR