İsrail ordusunun əsgərləri Qəzza zolağının şimalında gedən döyüşlərdə onlarla silahlı radikalı məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
“Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində əsgərlər onlarla terrorçunu yaxın məsafədən öldürüb, yeraltı tunellər və buraxılış qurğusu da daxil olmaqla, terrorçuların obyektlərini məhv ediblər”, - deyə bildirilib.