Avropa Birliyi Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib və bu vəziyyət 2 aydır ki, davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər nazirlərinin görüşünün yekunu ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, sabah səfirlər səviyyəsində müzakirələr davam etdiriləcək.