• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Cəlilabadda meşə yanır: Helikopterlər cəlb edildi - YENİLƏNİB

HADİSƏ

15 Iyul 2025 | 20:29

Cəlilabadda meşə yanır: Helikopterlər cəlb edildi - YENİLƏNİB

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, jazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

 

***18:51

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

***17:23

Cəlilabadda meşədəki yanğın nəticəsində zəhərlənən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, 1976-ci il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğın davam edir.

***

17:03

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görür.

    Yanğın baş verən ərazidə bir nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Əraziyə təcili yardım briqadası cəlb olunub.

    ***

    16:06

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

    Əlavə məlumat veriləcək.

    ***

    14:02

    Cəlilabadda meşəlik ərazidə yanğın olub.

    Bakıvaxtı.az xəbər verir ki, yanğın Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik sahədə başlayıb.

    İlkin məlumata görə, yanğın meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

    Qeyd edilib ki, alovun lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

    Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR