Bakıda, Neftçilər metrostansiyası yaxınlığında qeyri-adi hadisə baş verib.
Bakıvaxtı.az Milli.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yoldan keçən kişinin yol kənarında dayanan avtomobilə hücum etdiyi əks olunub. O, avtomobilin pəncərələrini sındırıb.
Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb və kadrlar qısa müddətdə sosial mediada geniş yayılıb.
Hücum edən şəxsin kimliyi və hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik: