İsrailin Suriyanın cənubunda baş verən son hadisələrdə hərbi güc tətbiq edərək müdaxil olmasını qınayır və bu hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayırıq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsi, başda Suriya xalqı olmaqla, bütün qonşu dövlətlər, ümumilikdə region üçün faydalıdır. Bu mənada Suriya hökumətinin bütün ölkə üzrə təhlükəsizliyi qorumaq və gücləndirmək üçün atdığı addımların dəstəklənməsi gərəkdir”, - deyə bildirilib.
Qeyd edək ki, Suriyanın cənub-qərbində sabitliyi təmin etmək üçün gedən Suriya qüvvələrinə İsrail zərbə endirib. İsrail ordusu bunu "druzların qorunması" kimi izah etməyə çalışıb.