Cari ilin yanvar-iyun aylarında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 293,5 min ton ət istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 ton və ya 1,1% çoxdur. Ötən ilin ilk yarısında ölkədə quş əti də daxil olmaqla, diri çəkidə 290,3 min ton ət istehsal edilmişdi.
Bununla yanaşı, bu ilin birinci yarımilində ölkədə 1,137 milyon ton süd, 1,217 milyard ədəd yumurta, 13,4 min ton yun, 186,2 ton barama istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,4%, süd istehsalı 0,3% artıb, yun istehsalı 3%, barama istehsalı 22,2% azalıb.