• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

PKK-yə məxsus mağara məhv edildi 

DÜNYA

15 Iyul 2025 | 17:11

PKK-yə məxsus mağara məhv edildi 

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan "Pəncə-Kilit" (Claw-Lock) əməliyyatı çərçivəsində PKK terror təşkilatına məxsus 1800 metr uzunluğunda, 33 otaqlı mağara müəyyən edilərək istifadəyə yararsız hala salınıb.

Bakıvaxtı.az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mağarada çoxlu sayda silah, sursat, rabitə vasitələri, elektron avadanlıqlar və partlayıcı maddələr ələ keçirilib. Tapılanlar arasında AK-47 və M16 tüfəngləri, snayper silahları, zenit qurğuları, minaatanlar, tank əleyhinə raketlər, dronlar və müşahidə cihazları yer alır.

Əməliyyat nəticəsində 10 mindən çox döyüş sursatı, müxtəlif ölçülü raket və partlayıcılar məhv edilib. Bununla yanaşı, PKK-nın texniki avadanlıq və rabitə sistemləri də zərərsizləşdirilib.

Səlahiyyətlilər bildiriblər ki, mağara həm silah anbarı, həm də təşkilatın komanda və logistika mərkəzi kimi istifadə olunurdu.


SON XƏBƏRLƏR