• Bakı 20° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Şeyxülislam: Onların işi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub

SİYASƏT

22 May 2025 | 12:03

Şeyxülislam: Onların işi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub

Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında deyib.

O qeyd edib ki, erməni dini dairələrinin soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olduqları bir faktdır:

"Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis etmişlər. . Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Üçmüədzində və Kilikiyada dini mərkəzləri vasitəsilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daima nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq. Erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər.

Bəli, reallıq budur – dünya erməniliyi erməni milli kilsəsinə söykənərək tarixi-siyasi riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Hədəfləri budur ki, erməni dövləti siyasi səriştəsizlik ucbatından əldən gedərsə, erməni milli kilsəsi səfərbəredici mərkəz missiyasını davam etdirsin, Vatikansayağı qriqoryan dini dövləti yaratsınlar və özləri rəhbərlik etsinlər. Beləliklə, erməni kilsəsi tarixi torpaqlarımızda varlığını bu və ya digər yolla davam etdirmək kimi məkrli niyyətdədir. Bu, Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir".


SON XƏBƏRLƏR