• Bakı 21° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Sumqayıtda 750 abonent qazsız qalıb

CƏMİYYƏT

22 May 2025 | 11:20

Sumqayıtda 750 abonent qazsız qalıb

Sumqayıtda 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Sumqayıt QİS-dən məlumat verilib.

Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


SON XƏBƏRLƏR

21 May 2025