Abşeron rayonunda körpə yanıq xəsarətləri alıb.
Bakıvaxtı.az xəbər verir ki, 2024-cü il təvəllüdlü Əli Afiq oğlu Şükürov termiki yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Bildirilib ki, azyaşlı yaşadığı Xırdalan şəhərindəki evdə ehtiyatsızlıqdan xəsarət alıb.
Araşdırma aparılır.