• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Heydər Əliyevin anım günü münasibətilə "Yaşıl gələcək naminə" aksiyası keçiriləcək

CƏMİYYƏT

28 Noyabr 2025 | 11:04

Heydər Əliyevin anım günü münasibətilə Yaşıl gələcək naminə aksiyası keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Bakı, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkənin bütün bölgələrini əhatə edən "Yaşıl gələcək naminə" ekoloji aksiyası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq aksiya dekabrın 1-dən 10-dək davam edəcək.

Bu çərçivədə müxtəlif dini icmaların, gənclərin, ictimaiyyət nümayəndələrinin, könüllülərin iştirakı ilə ağacəkmə və yaşıllaşdırma tədbirləri, eyni zamanda, abadlıq işlərinin təşkili nəzərdə tutulur.

Aksiyanın keçirilməsində məqsəd müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.


SON XƏBƏRLƏR

27 Noyabr 2025