• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Hindistan HHQ yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

DÜNYA

05 May 2025 | 12:20

Hindistan HHQ yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Hindistan Pakistanla sərhəddə Hərbi Hava Qüvvələrini döyüşə yüksək hazırlıq vəziyyətinə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən “The Times of India” qəzeti yayıb.

Bildirilib ki, döyüş tapşırıqlarının yerinə yetirilməsinə Fransadan alınan çoxhədəfli “Rafale” qırıcıları cəlb edilə bilər.

Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-si Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra kəskinləşib. Ötən həftə “The Economic Times” Pakistanın Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirdiyini yazmışdı.


SON XƏBƏRLƏR