• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Hizbullah İsrailə "Burkan" raketi ilə cavab zərbəsi endirdi

DÜNYA

21 Aprel 2024 | 18:42

Hizbullah İsrailə Burkan raketi ilə cavab zərbəsi endirdi

Hizbullah döyüşçüləri Qərbi Qalileydə "Burkan" raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini atəşə tutublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, hücumda "Cel əl-Aləm" yüksəkliyindəki radiolokasiya, həmçinin Avivim, Doviv və Şomera yaşayış məntəqələrindəki komanda-müşahidə məntəqələri, eləcə də kazarmalar hədəfə alınıb:

"Zərbə nəticəsində düşmənə Livan ərazisinə nəzarət etməyə imkan verən Misqav-am hərbi bazasında quraşdırılmış kəşfiyyat avadanlıqları sıradan çıxıb. Bu əməliyyatlar İsrailin Livanın Ait əl-Şaab, Blida, Kfar-Killa və Teir-Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib".

Qeyd edək ki, bundan öncə İsrail hərbi qüvvələri Livanda Hizbullahın hərbi obyektlərinə zərbələr endirmişdi.


SON XƏBƏRLƏR

25 May 2024