• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Hollandiyada ibtidai məktəblərdə smartfondan istifadə qadağan edilib

DÜNYA

03 Sentyabr 2024 | 16:37

Hollandiyada ibtidai məktəblərdə smartfondan istifadə qadağan edilib

Hollandiyada ibtidai məktəblərdə smartfondan istifadə qadağan edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Təhsil, Mədəniyyət və Elm Nazirliyi həftənin əvvəlindən etibarən ibtidai siniflərdə dərs zamanı smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib. 

Qərardan sonra tələbələrə smartfonlardan yalnız müvafiq kurslarda tədris məqsədləri üçün və ya sağlamlıq və ya fiziki qüsurlar kimi müstəsna hallarda istifadə etməyə icazə veriləcək.

Qeyd edilib ki, bu qərar smartfonların şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi əsas gətirilərək  artıq orta və ali məktəblərdə də tətbiq edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Sentyabr 2024