• Bakı 19° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Varşava hava limanında çamadan partlayıb

DÜNYA

03 Oktyabr 2024 | 16:08

Varşava hava limanında çamadan partlayıb

Varşava Şopen Beynəlxalq Hava Limanında partlayış baş verib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, hadisə Vyanaya uçan sərnişinlərdən birinin çamadanının baqaj çeşidləmə otağında partlaması nəticəsində baş verib.

Məlumata görə, çamadanda tədqiqat üçün bioloji material və onların soyudulması üçün istifadə edilən quru buz nümunələri olub. Bu isə partlayışa səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, biomateriala ziyan dəyməyib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 Sentyabr 2025