• Bakı 10° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.8492

    RUB - 0.0175

Bill Qeyts: "Süni intellektin inkişafı narahatedicidir"

DÜNYA

03 Oktyabr 2024 | 16:28

Bill Qeyts: Süni intellektin inkişafı narahatedicidir

"Təcavüzkarların kibercinayətkarlıq, bioterrorizm və müharibə üçün süni intellektdən istifadə edə biləcəyindən narahatam".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu süni intellektin inkişafı ilə bağlı əsas narahatlığını şərh edən "Microsoft"un qurucusu Bill Qeyts deyib.

O, hesab edir ki, sözügedən manipulyasiyaları qabaqcadan görə bilən və müqavimət göstərə bilən süni intellekt yaratmaq lazımdır.

"Bundan başqa, əmək bazarındakı sürətli dəyişikliklər kütləvi ixtisarlara və insanların süni intellektlə əvəzlənməsinə səbəb ola bilər. Düzgün təlimlə süni intellekt dəqiq diaqnoz qoya və satış menecerləri, müəllimlər və digər mütəxəssislər üçün gündəlik tapşırıqları yerinə yetirə bilər", - deyə Qeyts vurğulayıb.

Maraqlıdır ki, Qeyts özü gündəlik həyatında, görüşlərində süni intellektdən fəal şəkildə istifadə edir. O, mətnlər yazmaq və görüşlər planlaşdırmaq üçün "ChatGPT"dən istifadə etdiyini də etiraf edib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Noyabr 2024