Fələstin prezidenti Mahmud Abbas İsraillə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Belə ki, o, Qətərin paytaxtı Dohada “İdman diplomatiyası” adı altında keçirilən Asiya Əməkdaşlıq Dialoqu Sammitində çıxış edib.
Onun sözlərinə görə, İsrail ordusu apardığı amansız soyqırım müharibəsində Qəzza zolağında idman obyektləri də daxil olmaqla infrastrukturun 90 faizindən çoxunu məhv edib.
Fələstinli idmançıların İsrailin bütün çətinliklərinə baxmayaraq yoluna davam etdiyinə diqqət çəkən Abbas onların əzmlə qürurverici uğurlara imza atdıqlarını bildirib.
Abbas Fələstinin beynəlxalq idman fəaliyyətlərində iştirak edərək idman diplomatiyası həyata keçirdiyini, fələstinli idmançıların da haqq mübarizəsini dəstəklədiyini diqqətə çatdırıb.
Əli Hüseynov