• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Husi üsyançıları kimlərdir?

DÜNYA

12 Yanvar 2024 | 10:38

Husi üsyançıları kimlərdir?

Xəbər verdiyimiz kimi, bu gün ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb.

Bəs husi üsyançıları kimlərdir?

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, Husilər Yəmənin şiə müsəlman azlığının, Zeydilərin alt təriqətindən olan silahlı qrupdur. Adlarını hərəkatın qurucusu Hüseyn əl Husidən götürüblər.

Formal olaraq Ənsar Allah (Allahın tərəfdarları) kimi tanınan qrup 1990-cı illərdə ovaxtkı prezident Əli Abdullah Salehin korrupsiya əməlləri ilə mübarizə aparmaq üçün yaradılıb.

Səudiyyə Ərəbistanı ordusunun dəstəklədiyi prezident Saleh 2003-cü ildə husi üsyançılarını məhv etməyə çalışsa da, husilər bunu dəf edib.

Husi üsyançıları 2014-cü ildən Yəmən hökumətinə qarşı vətəndaş müharibəsi aparıb. Hökumət husilərə qarşı Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi ərəb ölkələrinin koalisiyası tərəfindən dəstəklənib.

BMT-nin məlumatına görə, 2022-ci ilin əvvəlinə müharibə təxminən 377.000 insanın ölümünə və dörd milyon insanın didərgin düşməsinə səbəb olub.

Husilər özlərini HƏMAS və Hizbullahla birlikdə İsrail, ABŞ və Qərbə qarşı İranın rəhbərlik etdiyi müqavimət oxunun bir hissəsi olduqlarını bəyan edirlər.

Xatırladaqki, Qırmızı dənizdə yük gəmilərinə pilotsuz təyyarə və raket hücumları indi ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi qüvvələri bölgədəki hədəflərə hava zərbələri endirməyə vadar edib. Yəmənin böyük bir hissəsinə nəzarət edən İranın dəstəklədiyi üsyançı qrup Husilər gəmilərə hücum etdikdən sonra Qərb qüvvələri hərəkətə keçib. ABŞ prezidenti Co Bayden ABŞ və Böyük Britaniya ordusunun Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Husi hədəflərinə uğurla zərbələr endirib. Paytaxt Səna və Husilərin Qırmızı dəniz limanı olan Hudeyda da daxil olmaqla 12-dən çox obyekt vurulub. Yəməndəki husilərin hədəfləri logistik mərkəzlər, hava hücumundan müdafiə sistemləri və silah anbarları olub. Hücumlar oktyabrın 7-də İsrail-Həmas müharibəsinin başlamasından sonra başlayıb.

Husilər HƏMAS-ı dəstəklədiklərini bəyan edərək, İsrailə gedən istənilən gəmini hədəf alacaqlarını bildiriblər. (Hücum edilən gəmilərin hamısının əslində oraya getdiyi bəlli deyil).

Noyabr ayında İsrailə məxsus yük gəmisini ələ keçiriblər. Onlar o vaxtdan bəri bir neçə ticarət gəmisinə pilotsuz təyyarələr və ballistik raketlərlə hücum ediblər.

Qırmızı dənizdə husilərin hücumları noyabr və dekabr ayları arasında daha da çoxalıb. Təhlükə o qədər böyük olub ki, iri gəmiçilik şirkətləri regionda üzməyi dayandırıb və sığorta xərcləri dekabrın əvvəlindən 10 dəfə artıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026