• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya qorxusu: bu ölkə meşələrə "əjdaha dişi" düzüb 

DÜNYA

11 Fevral 2024 | 10:38 | Müəllif: Subhan Mahmudov

Rusiya qorxusu: bu ölkə meşələrə "əjdaha dişi" düzüb

Estoniyada hazırda bir neçə ildən sonra ölkəni təhdid edə biləcək müharibəyə hazırlaşmaq barədə açıq müzakirələr gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Ukraynalıları Konqresinin sədri Vera Konık bildirib.

O qeyd edib ki, Estoniya müstəqilliyini əldə edən kimi Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başlayıb: "Çünki Estoniya Rusiya işğalının nə olduğunu dəqiq bilir".

Konık əlavə edib ki, estoniyalılar hər zaman Rusiyanın onların müstəqilliyinə hücumlarının yenidən baş verə biləcəyindən narahat olublar:

"Bu səbəbdən ölkədə özünümüdafiə sistemləri yaradılıb. Bunlar indi ukraynalılarla təcrübə mübadiləsi aparan könüllü hərbiləşdirilmiş qüvvələrdir. Artıq ölkənin meşələrində və şəxsi torpaqlarında “əjdaha dişləri” və beton bloklar quraşdırılıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026