• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ terror hücumları təhlükəsi altındadır - Donald Tramp

DÜNYA

11 Fevral 2024 | 09:20 | Müəllif: Subhan Mahmudov

ABŞ terror hücumları təhlükəsi altındadır - Donald Tramp

Amerika Birləşmiş Ştatlarını çox da uzaq olmayan gələcəkdə terror aktları gözləyir. Bu, ölkəyə çoxlu qeyri-qanuni miqrantın sızması ilə bağlıdır.

Bakıvaxtı.az bildirir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək istəyən ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Ölkəmizə sızan adamlar var ki, burada olmamalıdırlar. Ölkəmizə böyük problemlər yarada biləcək insanlar soxulur. Çox da uzaq olmayan gələcəkdə terror aktlarının olacağı ehtimalı 100 faizdir", o, tərəfdarlarına deyib.

Tramp əmin edib ki, noyabrda keçiriləcək seçkidə qalib gəlsə, ABŞ-ın hazırkı prezidenti Co Bayden tərəfindən tətbiq edilən "açıq sərhəd siyasəti"nə son qoyacaq və Amerika tarixində qeyri-qanuni miqrantların ən böyük deportasiyasına başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026