İsrail Qəzza zolağında HƏMAS-ın dördüncü ən mühüm liderini sıradan çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Biz tam qələbə yolundayıq. Bu qələbəyə gedən yolda biz artıq HƏMAS-ın dördüncü ən mühüm üzvünü sıradan çıxarmışıq", - deyə Netanyahu videomüraciətində bildirib.
Bu bəyanat Fələstinin HƏMAS hərəkatının üçüncü ən mühüm komandiri, təşkilatın hərbi qanadının rəis müavini vəzifəsində çalışmış Mərvan İsanın öldürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda verilib.
















